Akkreditasiya üçün qeydiyyat başladı

Hörmətli KİV nümayəndələri,

31 Dekabr Bakı Olimpiya Stadionunda baş tutacaq “ƏN Yeni İl” konsert proqramına jurnalistlər üçün akkreditasiya prosesi başlamışdır. Akkreditasiya əldə etmək istəyən jurnalistlər 20 Dekabr tarixindən gec olmayaraq Ad, Soyad, Ata adı, çalışdığı KİV adı, vəzifəsi, e-mail ünvanı və nömrəsini media@bos.az ünvanına göndərsinlər. Göstərilən vaxtdan sonrakı müraciətlər nəzərə alınmayacaq. Akreditasiyaların verilməsi 28-30 Dekabr tarixlərində olacaqdır.

Əlavə olaraq konsert günü jurnalistlər BOS-un media iş otağından istifadə edə və konserti izləyə bilərlər. Konsert zamanı çəkiliş etmək istəyən KİV-lər ayrıca olaraq bunu bildirməlidirlər.