AFFA, Bakı Olimpiya stadionu və Media Komitəsi idman jurnalistləri arasında futbol turniri keçirdi

ekabrın 23-də AFFA, Bakı Olimpiya Stadionu və Media Komitəsinin birgə təşkilatçılığı ilə idman jurnalistlər arasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə futbol turniri keçirilib.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan turnirdə 3 komanda mübarizə aparıb. İlk sıranı əldə edən komanda kubok, medal və diplomlarla təltif edilib. Həmçinin, futbol turnirində müxtəlif nominasiyalar üzrə qaliblər də mükafatlandırılıb. Turnirin bombardiri olan Elvin Rüstəmova AFFA tərəfindən top hədiyyə edilib. Ən yaxşı futbolçu nominasiyasının qalibi olan Babək Cahandarov isə milli komandamızın formasını əldə edib.