Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında Anlaşma Memorandumunun imzalanması ilə bağlı tədbir keçirilib.
Memorandum qarşıya qoyulan prioritet məqsədlərin həyata keçirilməsində tərəflərin əməkdaşlığını təmin etmək, mina təhlükəsinə dair maarifləndirmə sahəsində kütləviliyin artırılması üçün birgə tədbirlər həyata keçirmək, minadan zərərçəkmiş şəxslərin sosial inteqrasiyası üçün onların müxtəlif futbol yarışlarında, digər kütləvi idman tədbirlərində iştirakını dəstəkləmək kimi vacib məsələləri özündə ehtiva edir.
Anlaşma Memorandumunu AFFA-nın baş katibi Sərxan Hacıyev və Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov imzalayıb.