Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Birgə və Sağlam" İctimai Birliyi və “Lider Qadınlar“ İctimai Birliyi Bakı şəhərində Autizm maarifləndirməsinə dair silsilə tədbirlər keçirəcəyini bildirir.
2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı “2 Aprel tarixini” bütün ölkələrdə “Dünya Autizm Maarifləndirmə Günü” olaraq qəbul edib.
Tədbirin Əsas Şüarı: Autizm- Fərqli və Bizdən Biri
Son günlərdə Azərbaycanda uşaqlarda erkən yaşlarda başlayan Autizm sindromuna diqqətin artırılması istiqamətində geniş addımlar atılır. Deputatlar, qeyri-hökümət təşkilatları, yerli media, dövlət qurumları, bir sözlə, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri sindroma vətəndaşları cəlb etmək və autizmli uşaqlara dövlət yardımı mexanizmlərini hazırlamaq üçün qüvvələrini səfərbər ediblər. Birləşmiş Millətlər Təşkilatının 2007-ci ildə verdiyi qərar ilə Aprel ayı bütün dünyada “Dünya Autizm Maarifləndirmə Ayı”, “2 Aprel - Dünya Autizm Maarifləndirmə Günü" olaraq qəbul olunmuşdur.
Diqqətinizə çatdıraq ki, 2010-cu ildə ABŞ-in Autism Speaks təşkilatı tərəfindən başladılan və indiyədək 6 qitə, 146 ölkə və 600 şəhərdə icra edilən “Mavi İşıqla İşıqlandır” ( Light İt Up Blue) layihəsinin iştirakçıları olan New-Yorkun Empire State , Brazilyanın Xilaskar İsa Heykəli, Avstraliyanın Sidney Opera Evi, İstanbulun Boğaziçi Körpüsü, Fatih Sultan Mehmet Körpüsu kimi memarlıq abidələrinin yanısıra Azərbaycan dövləti də ən üst səviyyədə bu layihəyə bu il Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzi (İSİM), “Birgə və Sağlam” İctimai Birliyi, “Lider Qadınlar” Ictimai Birliyi təşkilatçılığı ilə qoşulmaqdadır.
Bu il də BOS həmin tarixini nəzərə alaraq mavi rəngə boyandı.