Bu gün Bakı Olimpiya Stadionunda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Gündəlikdə olan məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev BOS-da yaradılan VAR Mərkəzi ilə tanış olub. AFFA prezidentinə VAR Mərkəzinin iş prinsipi ilə bağlı məlumat verilib.
Daha sonra Rövnəq Abdullayev FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin olunmuş vitse-prezident Elxan Məmmədova İcraiyyə Komitəsi adından uğurlar arzulayıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunun geniş infrastruktura, etibarlı mühafizə sisteminə və sabit internet sürətinə malik olması mərkəzin burada qurulmasında başlıca səbəblərdir.