Qızdırıcıya olan tələbatı təmin etmək məqsədilə 38003-19/AM açıq satınalma müsabiqəsi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Bakı Olimpiya Stadionu”

Qızdırıcıya olan tələbatı təmin etmək məqsədilə 38003-19/AM açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət
  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 22.08.2019-cu il, Bakı vaxtı ilə saat: 17:30-a qədər Azərbaycan və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 29.08.2019-cu il, Bakı vaxtı ilə saat: 11.00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya ingilis dilində əldə etmək istəyənlər 59 manat (ƏDV ilə birlikdə), və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.
  • Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.
  • Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin nömrəsi, Lot nömrəsi, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

Müqavilənin icra müddəti:

  • Satınalma müqaviləsinin 90 təqvim günü yerinə yetirilməsi tələb olunur.

Müsabiqə təklifinin təminatı :

  • İddiaçının müsabiqə təklifinin təminatı tələb olunmur.
  • Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olacaqdır.
  • Müqavilənin yerinə yetirilməsi təminatı tələb olunmur.

Satınalan təşkilatın ünvanı:

Heydər Əliyev prospekti, 323, AZ1029, Bakı, Azərbaycan

Əlaqələndirici şəxs:

Rüstəm Səfərov

Təchizat məsələlərinin tənzimlənməsi üzrə aparıcı mütəxəssis

Mob: +(994)50 843 80 43

Tel: +(994)12 422 64 10/15 Daxili: 1115

E-mail: rustam.safarov@bos.az

Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)

Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 29.08.2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:

http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards

“Bakı Olimpiya Stadionu” Satınalmalar Qrupu.