Promo məhsullara olan tələbatı təmin etmək məqsədilə 38005-20/AM açıq satınalma müsabiqəsi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Bakı Olimpiya Stadionu”

Promo məhsullara olan tələbatı təmin etmək məqsədilə 38005-20/AM açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət
  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 04.03.2020-ci il, Bakı vaxtı ilə saat: 17:30-a qədər Azərbaycan və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi bir əsli və bir surəti olmaqla 11.03.2020-ci il, Bakı vaxtı ilə saat: 12:20-ə qədər Satınalan təşkilata təqdim olunmalıdır.
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya ingilis dilində əldə etmək istəyənlər 59 manat (ƏDV ilə birlikdə), və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.
  • Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.
  • Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin nömrəsi, Lot nömrəsi, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

Müqavilənin icra müddəti:

  • Satınalma müqaviləsinin 30 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.

Müsabiqə təklifinin təminatı :

  • İddiaçının müsabiqə təklifinin təminatı tələb olunmur.
  • Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olacaqdır.
  • Müqavilənin yerinə yetirilməsi təminatı tələb olunmur.

Satınalan təşkilatın ünvanı:

Heydər Əliyev prospekti, 323, AZ1029, Bakı, Azərbaycan

Əlaqələndirici şəxs:

Rüstəm Səfərov

Təchizat məsələlərinin tənzimlənməsi üzrə aparıcı mütəxəssis

Mob: +(994)50 843 80 43

Tel: +(994)12 422 64 10/15 Daxili: 1115

E-mail: rustam.safarov@bos.az

Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)

Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 11.03.2020-cu il tarixdə, Bakı vaxtı ilə saat 12:30-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:

http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards

“Bakı Olimpiya Stadionu” Satınalmalar Qrupu.

(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU

___________ şəhəri “__”_______20__-ci il

___________№

SOCAR-ın “Bakı Olimpiya Stadionu”

Satınalmalar qrupunun rəhbəri cənab Natiq Quliyevə,

Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) SOCAR-ın “Bakı Olimpiya Stadionu” tərəfindən (malın adı) satın alınması ilə əlaqədar elan edilmiş 38005-20/AM saylı açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:

Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________

(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________

(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALIN SİYAHISI

Sıra sayı

Məhsulun adı

Ölçü

vahidi

Miqdarı

Tələblər

1

Xüsusi dizayn olunmuş flash disk 16 GB

ədəd

200

Göstərilən dizaynda 16 GB-lıq flash disk200 ədəd olacaq. 2 dizayndan birini seçə bilərsiniz. Rənglər mütləq göstərilən tonda göy və ağ olmalıdır.Logo və sözlər çap deyil lazerlə olması tələb olunur.

2

2 D formatda açarlıq (brelok)

ədəd

200

Göstərilən dizaynda 2D formada açarlıq, metal olmalıdır.Dizayn tam olaraq göstərilən kimi ara kəsmələrlə göstərildiyi kimi olmalıdır. Yəni göstərilən dizaynda metalın üzərində lazer və çap işi deyil. Uzunluğu 4sm olsun

3

Xüsusi dizayn olunmuş enerji doldurucu (power bank)

ədəd

200

Powerbankın növü şərtidir. 10000 mah-lıq powerbankHər iki tərəfdə logo var. Rənglər mütləq göstərilən tonda ağ və göy olmalıdır.

4

Xüsusi dizayn edilmiş döş nişanı

ədəd

600

2 sm uzunluğunda metal döş nişanıdır. Metal üzərində stadionun şəklini əks etdirən qabarıq formada hazırlanmalıdır.

5

2 növdə xüsusi dizayn edilmiş suvenir maqnit

ədəd

600

Hər iki dizayndan 300 ədəd maqnet. Qalın kağız formalı maqnit olacaqdır. ölçü 5*8 sm

6

Xüsusi dizayn edilmiş qələm

ədəd

600

Qələm mütləq metal olmalı, rənglər göstərilən ağ və göy rəng olmalıdır. İstənilən qələm növü ola bilər.Logo və sözlər çap deyil lazerlə olması tələb olunur.

7

Xüsusi dizayn edilmiş karandaş

ədəd

600

İstənilən növ karandaş ola bilər lakin mütləq göstərilən tonda göy və ya ağ ola bilər. Pozan hissəsi mütləq olmalıdır.

Dizaynlar aşağıdakı linkdə qeyd edilib:

https://drive.google.com/open?id=1sNcgXHb_e9fjGm12h57f0w8KbQHgwebx