Akkumlyatorlara olan tələbatı təmin etmək məqsədilə 38003-20/AM açıq satınalma müsabiqəsi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Bakı Olimpiya Stadionu”

Akkumlyatorlara olan tələbatı təmin etmək məqsədilə 38003-20/AM açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət
  • İştirak haqqının ödənilməsi barədə bank sənədi
  • Müsabiqə təklifi
  • Müsabiqə təklifinin təminatı

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 04.03.2020-ci il, Bakı vaxtı ilə saat: 17:00- qədər Azərbaycan dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi 1 (bir) əsli və 1 (bir) surəti olmaqla 11.03.2020-ci il, Bakı vaxtı ilə saat: 11:00 qədər Satınalan təşkilata təqdim olunmalıdır.
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər 118 manat (ƏDV-ilə) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:00-dan 17:00-a kimi ala bilərlər.
  • Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank təminatları :

Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olacaqdır.

Satınalma müqaviləsinin icrası üçün avans ödənişinin tətbiq edilməsi: maksimum avans 20 %

Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5 (beş) %-i məbləğində tələb olunur.

Müqavilənin icra müddəti:

  • 20.04.2020-ci il tarixinə qədər

Satınalan təşkilatın ünvanı:

Heydər Əliyev prospekti, 323, AZ1029, Bakı, Azərbaycan

Əlaqələndirici şəxs:

Rüstəm Səfərov

Təchizat məsələlərinin tənzimlənməsi üzrə aparıcı mütəxəssis

Mob: +(994)50 843 80 43

Tel: +(994)12 422 64 10/15 Daxili: 1115

E-mail: rustam.safarov@bos.az

Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)

Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 11.03.2020-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:00 elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:

http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards

“Bakı Olimpiya Stadionu” Satınalmalar Qrupu.

(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU

___________ şəhəri “__”_______20__-ci il

___________№

SOCAR-ın “Bakı Olimpiya Stadionu”

Satınalmalar qrupunun rəhbəri cənab Natiq Quliyevə,

Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) SOCAR-ın “Bakı Olimpiya Stadionu” tərəfindən akkumlyatorların satınalınması ilə əlaqədar elan edilmiş 38003-20/AM saylı açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:

Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________

(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________

(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALLARIN SİYAHISI

Sıra sayı

Malın və ya avadanlığın adı

Ölçü vahidi

Miqdar

1

UPS akummlyatoru 73.4 Ah XP12V2500

ədəd

250

2

Liftlər üçün akkumlyuator 12V / 7Ah / 20HR

ədəd

110

3

Qolf maşını üçün akkumlyaor 6 volt 225 AH 20HR

ədəd

8

4

Panel batareyka FM200 7 Amper

ədəd

60