Azərbaycan - Norveç: Akkreditasiya üçün qeydiyyat

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri sentyabrın 30-dək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək üçün tələb olunanlar:

1. Qeydiyyatdan keçənin adı, soyadı

2. Təmsil etdiyi KİV

3. Vəzifəsi

4. 3x4 ölçüdə, elektron formatda şəkil

Yuxarıda qeyd olunanlar 30 sentyabr saat 18:00-a qədər ipr@affa.az ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və ipr@affa.az ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.