Məktəblilər üçün tur

Stadionu ziyarət etməkdən möhtəşəm nə ola bilər ki?! Balaca dostlarımızın marağını cəlb edəcək məkanlar.

Turun başlanğıcında kiçik qonaqlarımıza Stadionda olacaq və olmuş tədbirlər barədə məlumat veriləcək və məkanın tarixinə aid kiçik video çarx nümayiş olunacaq.

İdmançılar zonasında ziyarətçilər paltar dəyişmə otağına baxa bilərlər. Burada onlar özlərini əsl futbolçular kimi hiss edəcəklər.

Tribunada olarkən gənc idmançılar həqiqi fanat kursu keçəcəklər: onlar komandanı ən məşhur azərkeş nəğmələrini öyrənərək və Meksika dalğası qurmaqla dəstəkləyəcəklər.

Tur stadionun maraqlı xüsusiyyətləri, avadanlıqların və gələcək tədbirlərin məlumatları ilə müşayiət olunacaqdır.

Siz öz övladlarınıza idman dünyası ətrafında unudulmaz tur bəxş edəcəksiniz.

Tur müddəti 40 dəqiqədir.

Turlar Azərbaycan və İngilis dillərindədir.

Turlar oyun günləri istisna olmaqla həftə içi hər gün saat 11:00-dan 17:00-a dək olur.

Əlavə məlumat üçün bizim Turlar üzrə komandamız ilə əlaqə saxlayın:

Tel.: +994 12 422 64 10, +994 12 422 64 15

Mob.: +994 55 822 64 10

e-mail: tour@bos.az





   Xeyr      Bəli

SORĞUNU GÖNDƏRMƏK