Davranış qaydaları

1. Ümumi Müddəalar
1.1. Aşağıda təsvir olanan qaydalar (bundan sonra - Qaydalar) - futbol matçları və digər kütləvi tədbirlər zamanı Bakı Olimpiya Stadionunda (bundan sonra-Stadion) qonaqların rahat istifadəsi üçün nəzərdə tutulub.
1.2. Stadiona daxil olan hər bir şəxs bu qaydaları qəbul edir və Stadionda olduğu müddətdə bu Qaydalara əməl edir.
1.3. Müdiriyyət Stadionda itmiş və ya tapılmış əşyalara cavabdeh deyil.

2. Ziyarətçilər:
2.1. Stadiona daxil olarkən aşağıdakı sənədlərdən biri təqdim edilməlidir:
- Oyun (tədbir) bileti;
- Dəvətnamə;
- Müvafiq keçid vəsiqəsi.
2.2. Stadionun ziyarətçi girişinə oyunun (tədbirin) başlamasına 2 saat qalmış yaxınlaşmalıdırlar. Oyunun (tədbirin) başlama vaxtı ziyarətçilərə və qonaqlara KİV vasitəsi ilə bildiriləcəkdir.
2.3. Biletlərində və ya müvafiq dəvətnamədə göstərilən yerdə əyləşməlidir.
2.4. Saxlama otağları, restoranlar, fast food nöqtələri, köşklər, ayaqyolları, ilk yardım otaqlarından istifadə edə bilərlər.
2.5. Azərkeşlik etdiyi klubu ( milli komandanı), futbolçunu və ya məşqçini dəstəkləyə bilər və bu qanunla qadağan edilməyib.
2.6. Azərkeşlik etdiyi kluba (milli komandaya) aid atributları stadiona gətirə bilərlər.
2.7. Stadionun inkişaf planı ilə əlaqədar, Stadiondan kənarda və digər şəhərlərdə olan tədbirlər haqqında məlumat əldə edə bilərlər.

3. Ziyarətçilərdən tələb olunur ki:
3.1. ictimai asayişi və ümumi davranış qaydaların qorusunlar.
3.2. aşağıda göstərilən sənədləri Stadiona daxil olarkən bilet nəzarətçisinə təqdim etsinlər: bilet, dəvətnamə və ya buraxılış kartı.
3.3. qadağan olunmuş halların qarşısını almaq, Stadionda təhlükəsizlik və mühafizə xidmətini təmin etmək üçün, Stadion mühafizəsinin axtarışına qarşı olmasın.
3.4. biletdə, mövsümi biletdə və ya əvəzedici sənəddə göstərilən yerdə əyləşsinlər.
3.5. ölkələrin dövlət himnlərinə, FIFA, UEFA, PFL və AFFA-nın atributlarına və bayraqlarına hörmətlə yanaşsınlar.
3.6. Stadionda çıxış edən klubların (milli komandaların) əmlakları ilə diqqətli davranış.
3.7. Oyunun (tədbirin) digər iştirakçılarına və təhlükəsizlik işçilərinə hörmətlə yanaşmaq.
3.8. Stadionun təhlükəsizlik işçilərinə, Daxili İşlər Nazirliyinin əməkdaşlarına və digər mühafizə orqanlarının əməkdaşlarına və ya bu Qaydalara nəzarət edə şəxslərə, hər hansı törədilmiş və ya törədilmə təhlükəsi olan vəziyyətlərdə məlumat versinlər.
3.9. Təhlükəsizlik işçilərinin əməkdaşlarını hər hansı fövqəladə vəziyyətdə, yanğında və s. məlumatlandırsınlar.
3.10. bu Qaydaların təmin edilməsinə nəzarət edən təhlükəsizlik və mühafizə işçilərinin göstərişlərinə əməl etmək.
3.11. hər hansı fövqəladə vəziyyətdə təhlükəsizlik və mühafizə işçilərinin göstərişlərə əməl etmək, təxliyyə planına uyğun hərəkət etmək, özbaşına hərəkət etməmək və təşviş yaratmasınlar.

4. ​Aşağıdakılar qadağandır:
4.1. Stadion ərazisinə içkili vəziyyətdə, narkotik vasitələrin qəbul edərkən və onların təsirində olarkən daxil olmaq.
4.2. Xüsusi qeyd edilmiş yerlərdən başqa ərazidə siqaret çəkmək.
4.3. Meydançaya, idmançılara, məşqçilərə, hakimlərə, digər azərkeşlərə və komandaların nəqliyyat vasitələrinə hər hansı maddə atmaq.
4.4. Məşəl və alov yandırmaq, qeyri-etik ifadələrdən istifadə etmək, məqsədindən və növündən asılı olmayaraq hər hansı obyekti yandırmaq.
4.5. Oyunun (tədbirin) iştirakçılarına və mühafizə işçilərinə qarşı kobud, ədəbsiz, təhqiramiz ifadələr işlətmək, işarələr göstərmək, musiqilər oxumaq və ya siyasi şüarlar səsləndirmək.
4.6. İdmançılara, məşqçilərə, hakimlərə, rəsmilərə və dəstəkçilərə dini, irqi, cinsi ayrı-seçkilik etmək.
4.7. Xüsusi icazə olmadan meydançaya, paltardəyişmə otağına, hakimlər otağına, skaybokslara, rəsmilərin otağlarına və digər ərazilərə keçmək.
4.8. Oyun zamanı yerindən qalxmaq.
4.9. Stulları qaldırmaq, hasara, paraptlərə və ya digər Stadion ləvazimatlarının üzərinə qalxmaq.
4.10. Əlilliyi olan şəxslərə bələdçilik edən itlərdən başqa, hər hansı heyvan və ya quş ilə gəlmək.
4.11. Xüsusi icazə olmadan peşəkar foto kameralardan istifadə etmək.
4.12. Stadionun, klubların, idmançıların və azərkeşlərin əmlakına zərər vurmaq.
4.13. Stadiondakı qurğuların, tikililərin və ya Stadion ətrafındakı ərazilərin üzərində rəsm çəkmək və ya müraciət yazıları yazmaq.
4.14. Stadiona gətirmək:
- hər hansı spirtli içki, narkotik və zərərli maddə
- hər hansı paket içki
- silahlar və ya silah məqsədi ilə istifadə edilə biləcək əşyalar
- kəsici və deşici alətlər
- uzaq məsafəyə atıla biləcək əşyalar: çətirlər, su qabları, fincanlar, stəkanlar, eynəklər, şüşələr və s.
- qaz bombaları, flayerlər və pirotexnikalar
- boyalar
- alışqanlar, partlayıcılar, zəhərli və ziyanverici ətirlər
- radioaktiv materiallar
- silindir və bibər qazları
- lazer cihazlar
- 25 x 25 x 25 sm daha böyük əşyalar

5. Bu halların pozulması zamanı Stadion rəhbərliyi aşağıdakı tədbirləri görəcək:​

5.1. biletin dəyəri ödənilmədən Stadiondan uzaqlaşdırma

5.2. Aşağıdakı sənədlərin dəyəri ödənilmədən təhvil alınması:
- dəvətnamə və ya buraxılış kartı

Qaydaların pozulmasına görə məsuliyyət
6.1. Qaydaları pozan şəxslər Azərbaycan Respublikasının Qanun və Məcəllələrinə əsasən məsuliyyət daşıyacaqlar.
6.2. Tədbirin təşkilatçıları, Stadionun məsul şəxsləri, klub nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları Qaydaları pozan şəxsləri Stadion xaricinə çıxarmaq hüququ vardır və gələcəkdə Stadion ərazisinə buraxmamaq haqqında da göstəriş verə bilərlər

6.3. Oyun (tədbirlərin) biletlərinin qeyri-qanuni satışı qadağandır

Stadionun ərazisində nəqliyyar vasitələr üçün maksimal sürət 15 km təşkil edir