"Olympiyskiy" fitnes mərkəzi

Gym "Olympiyski" –ən müasir fitness mərkəz - “Koroğlu” m.s-dan 15 dəqiqəlik məsafədə, Bakı Olimpiya Stadionunun ərazisində yerləşir.

Səmərəli məşq və sağlamlıq proqramları üçün ən son müasir avadanlıqlarla təhciz edilmiş fitness mərkəzinin əsas üstünlüyü ərazisinin böyük olması (1000 kv.m) sizə həm sərbəst həm də peşəkar təlimçilərlər məşq etməyə imkan yaradır. Avadanlıqlar güc və kardio məşqləri üçün olmaqla bütün əzələ qruplarını məşq etdirməyə şərait yaradır. Peşəkar kardio avadanlıqlarının olması ilə yanaşı bizim klubun üzvləri Stadionun qaçış zolağında isinmə və qaçış hərəkətləri edərək özlərini həm də Olimpiya idmançısı kimi hiss edəcəklər.

Üzvlərimizin rahatlığı üçün geniş paltar dəyişmə otaqları, rahat duşlar, Türk və qar yaradan Fin hamamı ilə yanaşı maşınlarını park etmək üçün pulsuz dayancaq yaradılmışdır.

Fitnes mərkəzi həftənin altı günü saat 08:00-dan 22:00-dək fəaliyyət göstərir. Aylıq ödəniş 45 manatdan başlayır.

Əlavə məlumat və qeydiyyat üçün: +994 12 422 64 28, +994 51 422 64 28