Media Mərkəzinin strukturu

Media nümayəndələrinin rahat işləməsi üçün Bakı Olimpiya Stadionu müxtəlif avadanlıqlar təklif edir.

Media Guşəsi
Media guşəsi Stadionun qərb hissəsində 1-ci və 5-ci mərtəbələrdə uyğun olaraq 121 və 522-ci sektorlarda yerləşir.
Stadionun Media Mərkəzi
Stadionun Media Mərkəzi sıfırıncı mərtəbədə konfrans otağına yaxın məsafədə yerləşir. Mərkəz tam ləvazimatlarla təhciz olunub və ayrıca girişi vardır.
Miks Zon
Miks Zon stadionun sıfırıncı mərtəbəsində 5-ci koridorla üzbəüz ərazidə yerləşir. Bura jurnalistlərlə hər iki komanda arasında ünsiyyət məkanı kimi dizayn edilmişdir. Media nümayəndələri burada idmançılardan oyun sonrası şərhlərin ala və sualların verə bilərlər. Qeyd etmək lazımdır ki, miks zonda işləmək üçün xüsusi buraxılış kartı lazım deyildir.
Pres Konfrans Otağı
Pres Konfrans otağı 80 nəfər tutuma malik olmaqla Media Mərkəzi ilə üzbəüz yerləşir.

Media ərazisinə giriş yalnız xüsusi buraxılış kartı ilədir. Buraxılış kartı ilə bağlı məsələlər üçün Bakı Olimpiya Stadionunun Media komandası ilə əlaqə saxlamaq lazımdır.
Qeyri-oyun günləri bura həm də konfrans otağı və korporativ tədbirlər üçün istifadə etmək mümkündür. Qeydiyyat üçün saytın Tədbirlər bölməsindən müvafiq bölməni seçmək lazımdır.