UEFA tərəfdaşlarının ikinci işgüzar səfəri

Bu il mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin Azərbaycan paytaxtına mütəmadi səfərləri davam edir.

UEFA tərəfdaşlarının Bakıya ikinci işgüzar səfəri başlayıb. Bu dəfə final qarşılaşmasında UEFA ilə rəsmi tərəfdaş olan şirkətlərin təmsilçiləri Bakı Olimpiya Stadionuna, həmçinin final oyunu ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin məkanlarına baş çəkəcəklər. UEFA tərəfdaşlarının ikinci işgüzar səfəri bu gün yekunlaşacaq.