"Qarabağ" FK oyunları harda keçiriləcək?

Bildiyiniz kimi, ölkə çempionu Qarabağ bu il ardıcıl olaraq 3-cü dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Təsnifat mərhələsindəki ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirən Ağdam təmsilçiləri sözü gedən stadionun ot örtüyünün UEFA standartlarından kənara çıxdığı üçün artıq növbəti oyunları orada keçirə bilmir. Bütün böyük arenalarda olduğu kimi Bakı Olimpiya Stadionunda da mövsüm əvvəli renovasiya, sulama və daraqlama işləri gedir. Bu proses Qarabağ FK-nın stadiona baxış etməsindən öncə başlamışdır və 2 həftə davam edəcəkdir. Bu isə o deməkdir ki, stadion 15 sentyabr Qarabağ-Slovan oyununa qədər tam hazır olacaq, amma digər səbəblərdən klubun baş məşqçisi Qurban Qurbanov prioritet olaraq Dalğa Arena stadionunu seçdi. Lakin komandamız qarşıdakı digər oyunlar üçün Bakı Olimpiya Stadionunun adını UEFA-a bildirmişdir.

Qarabağ və Qəbələ klublarımıza Avropa Liqasında uğurlar arzu edirik!