“Olympiskiy” fitness mərkəzi artıq istifadənizdə!

01 oktyabr tarixində “Olympiskiy” fitness mərkəzi öz fəaliyyətinə başladı. Mərkəz Bakı Olimpiya Stadionunda 900 kv. metr ərazidə yerləşir. “Olympiskiy”-də ən son ağıllı və erqonomik texnologiyalar vasitəsilə bütün əzələ qruplarınızı inkişaf elətdirmək olar.

Mərkəzin direktorun Zaur Rəsulovun sözlərinə görə, “ Hər idman növünün hal-hazırda mümkünlüyünü vurğulamaq istərdim, çünki indi hər kəs üçün ideal bədənə sahib olmaq ön planda gəlir. Biz hər kəsin istədiyi bədənə sahib olması dəstəyimizi göstəririk və məşqçilərimizin məsləhətləri ilə müştərilərimizə düzgün idman ritmi yaratmağa kömək edəcəkdir.”

Stadion rəhbərliyinin təşəbbüsü ilə fitnes müştəriləri peşəkar qaçış zolağında qaçaraq təmiz havada isinmə hərəkətlərin tamamlaya bilərlər.

Ən son idman avadanlıqlarından əlavə “Olimpiskiy” geniş və təmiz soyunma otağı, rahat duş, sauna və hamam xidmətləri də təklif edir. Mərkəz hər gün səhər saat 7-dən axşam 11-ə qədər açıqdır. Bura gəlmək üçün şəxsi avtomobildən istifadə edərək böyük dayanacaqdan və ya ictimai nəqliyyatdan (15,24,93 və 172 №-li avtobuslar) istifadə etmək olar. Aylıq ödəniş 25 manatdan başlayır.

Əlavə məlumat və qeydiyyat üçün: 050 577 55 59, 012 422 64 28