Lotereyanın qalibləri elan olundu

Bakı Olimpiya Stadionunda “ƏN Yeni il” adlı konsert proqramı bitdikdən sonra lotoreya yarışı keçirildi.

“AAAF Park” Yaşayış kompleksindən mənzil, “SEAT Baku” Mərkəzindən 2 avtomobil və “HELL Azərbaycan” şirkəti tərəfindən təqdim edilən iki nəfərlik Macarıstan səyahəti də uduş fondu olaraq lotoreya vasitəsi ilə öz sahiblərini tapdı.

"ƏN Yeni İl" konsertində qalib olan biletlərin seriyaları təqdim edirik!

Qeyd edək ki, hər hədiyyə üçün yalnız bir bilet çəkildi, onlayn vasitəsilə alınmış biletlər lotereyada iştirak edirdi və hətta bir bilet uduşlu oldu.

AAAF Parkdan Mənzil : 0000006111 (Musayev Rusif Asif oğlu)
Seat İbiza: 0000018490 (Atamzadə Nail Babək oğlu)
Seat Toledo: 21240322233083-0 (internet vasitəsilə alınmış bilet, Bəhlulzadə Murad Yaqub oğlu)
HELL Energy-dən Məcarıstana səyahət: 0000023818 (Nəzirova Könül Xanoğlan qızı)

Hədiyyələri təqdim edən sponsorlara təşəkkürümüzü bildirir, qalibləri təbrik edirik!