ESSMA nümayəndəsi Bakı Olimpiya Stadionuna ziyarət etdi

ESSMA nümayəndəsi Qert-Yan Kupers Bakı Olimpiya Stadionuna rəsmi səfər edib. Səfərin əsas məqsədi stadionun infrastrukturu ilə yaxından tanışlıq, buradakı idman və kommersiya əlaqələrini yaxından öyrənmək olub. Kupersin sözlərinə görə, Bakı Olimpiya Stadionu Azərbaycanın idman inkişafının müasir nümunəsi olmaqla geniş imkanlı, çox məqsədli kompleksdir. "Yüksək standartlı keyfiyyət, idarəetmə və təhlükəsizlik xidmətləri olan stadionla tanışlıqdan çox məmnun oldum və inanıram ki, bu səfər digər üzvlərimiz üçün də maraqlı və məlumatlandırıcı olacaqdır“.