ESSMA nümayəndəsi Bakı Olimpiya Stadionuna ziyarət etdi

ESSMA-nın (Avropa Stadion və Təhlükəsizlik Menecmenti Assosasiyası) icraçı direktoru Dmitri Haygen Bakı Olimpiya Stadionuna ziyarət etdi. Ziyarət zamanı stadionun, CBC Sport kanalının v Peşakar Futbol Liqasının nümayəndələri ilə görüşən direktor stadionun infrastrukturu və funksionallığı ilə tanış olmuşdur. Haygenin sözlərinə görə, “Bakı Olimpiya Stadionu geniş imkanlı, çox funksiyalı mərkəzlər arasında inkişafına görə ideal nümunədir. Bu isə öz növbəsində nəinki ziyarətçiləri və azərkeşləri, həm də xarici stadion rəsmilərin də cəlb edir. Məhz bu səbəblərdən biz Bakı Olimpiya Stadionu ESSMA üzvlərinin iştirakı ilə keçiriləcək növbəti görüş və seminarların ev sahibi ola bilər”.

Qeyd edək ki, ESSMA 1996-cı ildən etibarən fəaliyyət göstərir və 300 stadionu özündə birləşdirir.