"Caspian Jam" Festivalı BOS-da

Hər zaman idman və əyləncə sevərləri özündə toplayan Bakı Olimpiya Stadionu bu həftəsonu “Break Dance və Hip-Hop” yarışına ev sahibliyi etdi. Caspian Flava Crew şirkətinin təşkil etdiyi tədbirə 5 ölkədən 36 iştirakçı qatılmışdı. 200-ə yaxın Hip-Hop və Break Dance sevən gənclər 5 saat davam edən yarışmadan həzz aldılar. BOS-un təşkilati dəstəyi ilə baş tutan Caspian Style Jam yarışmasına ABŞ-dan “Next Level” musiqi qrupu da qatılmışdı. Qalibləri təbrik edirik və tədbirdən şəkilləri Sizə təqdim edirik.