BOS ESSMA Sammitində təmsil olundu

Baş Direktorumuz Cavid Qarayev və Kommunikasiya və Tədbirlər üzrə departamentinin rəhbəri Cəmilə Mehdiyeva 16-17 yanvar tarixlərindən İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşən Aviva Stadionunda ESSMA Sammitində iştirak etmişlər. Sammit ərzində komandamız oyun idarəetmə bacarıqlarını, innovativ ideyalarını və azarkeş əyləncə metodlarını bölüşmüşlər. Hər il baş tutan sammkt 360-dan çox futbol və stadion administrasiyası üzrə mütəxəssisləri toplayır. Xatırlatmaq istərdik ki, BOS 2015-ci ildən etibarən aralarında Allianz Arena, Santyaqo Bernabeu və digər Avropa stadionlarının olduğu böyük stadionlar kateqoriyası üzrə ESSMA üzvüdür.