Bakı Olimpiya Stadionunda marketinq seminarı keçiriləcək

12 Mart tarixində Bakı Olimpiya Stadionunda marketinq təlimi baş tutacaq. Biznes təlimçisi İlham Əfəndiyevin təlim barədə müsahibəsini sizə təqdim edirik:

-İlk öncə təlim haqqında məlumat almaq istərdik. Niyə məhz bu mövzunu seçdiniz?

“Gəlirli Marketinq: Post-neft dövrünün tələbi” təlimin ideyası ölkə iqtisadiyyatında baş verən və demək olar ki, Azərbaycandakı bütün biznesə təsir edən son dəyişikliklərdən sonra meydana gəldi.


İkinci devalvasiyadan sonra, neft gəlirlərinin azalması və təbii marketinq forması boyunca marketinqi bir alət kimi istifadə etmək dəfələrlə çox gəlir gətirə bilər. Mən hətta deyərdim ki, marketinq metodlarından istifadə bizim üçün yenilik olsa da xarici şirkətlər üçün adi vasitəyi çevrilmişdir.Praktiki təlim olan “Gəlirli Marketinq: Post-neft dövrünün tələbi” ilk dəfə olaraq 12 Mart Bakı Olimpiya Stadionunun konfrans otağında keçiriləcək.
Təlim sahibkarlar, rəhbərlər, marketinq və satış menecerləri və “Gəliri harda axtarmalı” sualına cavab almaq istəyənlər üçün nəzərdə tutulub.
Bunu da qeyd etmək istərdim ki, iştirakçılar fasilə zamanı tanınmış marketoloqlarla netvorkinq imkanı əldə edəcəklər. Əlavə olaraq bildirim ki, ilk qeydiyyatdan keçmiş şəxslərdən biri də tanınmış aktyor Bəhram Bağırzadədir. Təlim haqqında maraqlı faktlardan biri də odur ki, qeydiyyatın başlamasından 5 gün sonra 50 nəfər qeydiyyatdan keçmişdir bunlardan da ikisi xarici vətəndaşdır. Xoşbəxtlikdən konfrans otağı ən son tərcümə avadanlıqları ilə təhciz edilmişdir.

-Təlimin bütün detalların bildirmədən hansı biznes həllərin təklif edə bilərsiniz?


Təlim zamanı biz böhrandan çıxmış ölkələrdən marketinqi daha gəlirli edəcək nümunəvi praktikaları öyrənəcəyik. İştirakçılarla birlikdə hərkəsin öz biznesində və işində istifadə edə biləcəyi anti-böhran proqramını inkişaf eləməyə çalışacayıq. Təlim Azərbaycanda geniş yayıldığı kimi yalnız mühazirələrdən ibarət olmayacaq. Mən burada uğurlu strategiyalardan nümunələr verəcəm.

-Sizin müxtəlif sahələrdə geniş təcrübəniz var. Bəs onlardan hansı sizin inkişafınızda daha böyük paya sahibdir?


Keçən 20 ildə karyeramda bir neçə belə təcrübə vardır. Onlardan ən parlağı 1-ci Avropa Oyunları zamanı çox sayda xarici peşəkarlarla çalışmağımdır. Yeri gəlmişkən mən orada layihələrin təşkilini pəşəkar səviyyədə keçirmək barədə dərindən biliklər əldə etdim. Digər vurğulamaq istədiyim təcrübə isə Azərbaycanın mobil operatorlarından biri idi. Biz orada komanda olaraq şirkətin rebrendinqini ən yüksək səviyyədə gerçəkləşdirirdim.

-Siz Dutç Marketinqin Uversitetində və Moskva Biznes Məktəbində oxumusunuz və müvafiq biliklər əldə etmisiniz. Beynəlxalq standartlara yiyələnməkdə təhsilin nə kimi rolu oldu?


20 il ərzində müxtəlif şirkətlərdə çalışdım, reklam menecerindən biznes təlimçisinə qədər olan karyeramda hər zaman biliyin inkişaf elətdirilməsinin zəruriliyin hiss etdim. Bu ilk növbədə tələblərin dəyişilməsi faktı ilə bağlıdır, xaricdən yeni texnologiyalar gəlir və siz zamanla uyğunlaşmalısınız.

- Təlim məkanı olaraq Bakı Olimpiya Stadionunu seçdiniz. Niyə məhz Bakı Olimpiya Stadionu?


Son zamanla mediada Bakı Olimpiya Stadionunu haqqında şişirdilmiş xəbərləri və ya onun lazımsız olduğu barədə xəbərləri gördünüz. Bu təlim vasitəsi ilə stadionun infrastrukturunu həmçinin dünyadakı bütün stadionlar kimi xüsusilə bu cür son texnologiyalarla təhciz edilmiş stadion müxtəlif məqsədlər üçün istifadə edilə biləcəyin göstərmək istədim. Yeri gəlmişkən, təlimin hazırlıq mərhələsi üçün biz stadionun kovörkinq mərkəzinə köçdük və mən deyə bilərəm ki, buradakı atmosferdən tamamilə razıyam.