Bakı Olimpiya Stadionunda Ana Dili Günü keçirildi

Mətbuatda geniş məlumat verildiyi kimi, Bakı Olimpiya Stadionu yalnız idman arenası deyil, həm də ictimaiyyətin tələbinə və maraqlarına uyğun tədbirlərin təşkil olunduğu çox məqsədli mərkəzdir. Stadionda kovörkinq mərkəzi fəaliyyət göstərir, əlavə olaraq burada tədbirlər və görüşlər üçün avadanlıqlar və otaqlar vardır.

Bu tədbirlərdən biri də hər il 21 Fevralda qeyd edilən Ana Dili günüdür. Tədbir Mur and Marya's Blog ilə birgə əməkdaşlıq çərçivəsində 60-dan çox insanın iştirakı ilə keçirildi. Əsas dinləyici kütləsi ana dilini prioritet kimi görən uşaqlar idi.

Gənc qonaqlar üçün klassik ədəbiyyatımızdan seçmələr və həmçinin Azərbaycan dilinə tərcümə olunmuş kitablardan parçalar oxundu. Tədbirin qonaqları jurnalist Şahbaz Xuduoğlu, ATV kanalının Sosial-Siyası departamentinin redaktoru, ATV Xəbərin və ATV Mədəniyyətin aparıcısı Ceyhun Əliyev və Media FM radiosunun baş prodüseri Məmmədəli Məmmədov (DJ Fateh), həmçinin Mədəniyyət və İncəsənət Universitetinin gənc məzunları idi. Tədbirin sonunda gənc qonaqların Azərbaycan dilində olan çıxışlarından ibarət video çarx təqdim edildi. Qonaqlara Azərbaycan dilində rəngli kitab paylandı.

Tədbirdən olan şəkilləri və video icmalı təqdim edirik.

Video