Bakıda beş ölkənin cüdoçuları təlim-məşq toplanışında iştirak edirlər

Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında hazırlıq prossesi keçirən milli komandamızla yanaşı Türkiyə yığmasının cüdoçuları da toplanışa qatılıb. Həmçinin, Rusiya, Gürcüstan, Ukrayna və Qazaxıstan çempionatının mükafatçılarından ibarət cüdoçular da təlim-məşq hazırlıqlarında iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında keçirlən hazırlıq prossesinə yanvar ayının 26-sı yekun vurulacaq.