Addım-addım “ƏN Yeni İl”-ə

Öncədən bildirdiyimiz kimi, Bakı Olimpiya Stadionu 31 dekabr gecəsi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konsertinə hazırlaşır. Yerli və xarici ulduzların da səhnə alacağı konsertin təşkilatı hazırlığı tam sürətlə davam edir. “AAAF Park” Yaşayış kompleksindən mənzil, “SEAT Baku” Mərkəzindən 2 avtomobil və “HELL Azərbaycan” şirkəti tərəfindən təqdim edilən iki nəfərlik Macarıstan səyahəti də uduş fondu olaraq lotoreya vasitəsi ilə öz sahiblərini tapacaq. Nəzərinizə çatdırmaq istəyirik ki, artıq 1500 nəfər öz biletlərin və dolayısı ilə bu dəyərli hədiyyələri qazanmaq şansın əldə etmişlər.

Lotoreyada konsert biletlərinin nömrələrinə əsasən oynanılacaq. Biletləri iticket.az saytı vasitəsilə, şəhərin kassalarında və ASAN Xidmət mərkəzlərində əldə etmək olar.