Skaybokslar

Korporativ qonaqpərvərlikdə ən son yenilik olan skaybokslar keyfiyyətli xidmət və müstəsna stadion görünüşü ilə birlikdə dəbdəbəli ahəng yaradır.
Skayboks sahibləri və qonaqları aşağıdakı xidmətlərdən istifadə edəcəklər:

- Ləziz menyular

- Peşəkar müştəri xidməti heyəti

- Korporativ girişlər

- Dayanacaq

- Rahatlığı ilə seçilən oturacaqlar

Stadionda müxtəlif ölçü və tutumda 124 skayboks vardır.

Korporativ otaqlar Stadionun qərb hissəsinin 2-ci və 4-cü mərtəbəsində yerləşir və buradan tam stadionu seyr etmək mümkündür.
Xidmətçilər sizi qarşılayacaq, skaybokslara qədər bələdçilik edərək suallarınızı cavablandıracaqlar.

Siz skayboksları həm oyun günlərində həm də qeyri oyun günlərində istifadə edə bilərsiniz. Bu da onu bildirir ki, skaybokslar sizin Bakının mərkəzindəki nüfuzlu ofisiniz olacaqdır.

Əlavə xidmətlər: iaşə, məlumat mərkəzi, dayanacaq

Əlavə məlumatlar üçün Tədbirlər üzrə komandamız ilə əlaqə saxlayın:

Tel.: +994 12 422 64 10, +994 12 422 64 15

Mob.: +994 55 979 59 89

e-mail: events@bos.az